Baş teatrın direktoru xəstəxanaya düşdü

“Kritik vəziyyət aradan götürülsə də hələ qalxmağıma icazə verilmir”

 

Akademik Milli Dram Teatrının yeni direktoru İsrafil İsrafilov xəstəxanaya yerləşdirilib. Lent.az-ın yaydığı xəbərə görə, İ.İsrafilov yanvarın 5-i səhər saatlarında səhhətində yaranan narahatlıqlarla bağlı xəstəxanaya yoxlanmaya gedib. Həkimlər onu dərhal palataya götürüblər. Məlum olub ki, İ.İsrafilovun təzyiqi yüksəkdir, hərəkət etməsi beyinə qan sızması ilə nəticələnə bilər.
“Hazırda kritik vəziyyət aradan götürülsə də hələ qalxmağıma icazə verilmir. Əslində bu yeni deyil, mən də insanların əksəriyyəti kimi beş ildən artıqdır ki, hipertonikəm, bu xəstəlikdən əziyyət çəkirəm” – deyə İ.İsrafilov Lent.az-a bildirib.