Telman Zeynalov: «Bu halda, Mingəçevir su anbarı darmadağın olacaq…»
Xəbər verildiyi kimi, bugünlərdə Bozdağın ətəyində, Mingəcevir Su Elektrik Stansiyasının (SES) yaxınlığında torpaq sürüşməsi baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazriliyinin əməkdaşları cəlb olunub. Əraziyə kimsə buraxılmasa da, sürüşmənin miqyasına görə əvvəlkilərdən heç də fərqlənmədiyi bildirilir.
Mingəçevirdəki mənbənin sözlərinə görə, su anbarı ərazisində güclü torpaq sürüşmələrindən biri 2006-cı il oktyabrın 28-30-da yağan leysan yağışlarından sonra baş verib. Nəticədə su anbarının bir sıra qurğuları üçün ciddi təhlükə yaranıb. 2007-ci ilin payızında olan növbəti sürüşmə indiyədək ən təhlükəlisi hesab olunub.
Ekoloq Telman Zeynalov xatırladır ki, Mingəçevir su anbarı keçən əsrin 56-60-cı illərində inşa edilib. Su anbarı tikilərkən bütün təhlükələr nəzərə alındığından, hansısa torpaq sürüşməsi ona təsir edə bilməz: “Yalnız dağ yerindən tərpənsə, təhlükə baş verə bilər. Zəlzələ olub dağı yerindən tərpətsə, təhlükə qaçılmazdır. Bu halda, Mingəçevir su anbarı darmadağın olacaq. Amma indilikdə hər hansı sürüşmə ona təsir edə bilməz”.
Nigar