Keçmiş üzvlərdən 13 nəfər yerini itirdi
“Buta Palace” sarayında Yeni Azərbaycan Partiyasının YAP-ıòn ötən gün V qurultayı keçirildi. Qurultayda partiyanının 90 nəfərdən ibarət Siyasi Şurası seçilib. Qeyd edək ki, buna qədər hakim partiyanın Siyasi Şurasının üzvləri 88 nəfər olub.
Eyni zamanda Siyasi Şuranın tərkibində də bəzi dəyişikliklər edilib. Köhnə Siyasi Şurada təmsil olunan bəzi yapçılar yeni tərkibə düşə bilməyiblər. Bu günədək Siyasi Şuranın üzvü olan 13 nəfər qurumdan kənarlaşdırılıb. Siyasi Şuranın üzvlüyündən xaric edilənlər arasında Tariyel Ağayev (prezidentin keçmiş köməkçisi), Elxan Allahverdiyev, Svetlana Bayramova, Şirvan Əbilov (YAP-ın Masallı rayon təşkilatının keçmiş sədri, 91-lərin üzvü), Əvəz Ələkbərov (keçmiş Maliyyə naziri), Əli Əlirzayev (keçmiş deputat), Abbas Göyüşov (Qax rayonun keçmiş icra başçısı), Səlahəddin Xəlilov (keçmiş deputat), Şükür Mehrabov (YAP Nizami rayon təşkilatının keçmiş sədri), Alqış Musayev (keçmiş deputat), Isgəndər Mustafazadə, Əhliman Tağıyev (Dövlət kənd təsərrüfatı istehsalı müəssisələrini idarəetmə şöbəsinin müdiri), Elbrus Təhməzov (keçmiş deputat, Laçın rayonun icra başçısı) var. Əvəzində isə 15 nəfər Siyasi Şuraya üzv olub.
Ilk dəfə YAP Siyasi Şurasına seçilənlər isə Əli Abbasov (Rabitə və informasiya texnologiyaları naziri), Yevda Abramov (Milli Məclisin deputatı), Hüseynqulu Bağırov (Ekologiya və təbii sərvətlər naziri), Azad Balayev (YAP Balakən rayon təşkilatının sədri, rayon icra hakimiyyəti başçısının müavini), Akif Əlizadə (Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti), Asəf Hacıyev (Milli Məclisin deputatı), Isa Həbibbəyli (Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı), Hicran Hüseynova (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri), David Ibrahimxəlilov (YAP Qusar rayon təşkilatının sədri), Samirə Quliyeva (YAP Gənclər birliyi sədrinin müavini), Ramin Məmmədov (YAP Gənclər birliyi sədrinin müavini), Şahin Mustafayev (Iqtisadi inkişaf naziri), Seymur Orucov (YAP Gənclər birliyinin sədri, Dövlət Iqtisad Universitetinin prorektoru), Hadı Rəcəbli (Milli Məclisin sosial-siyasət komitəsinin sədri) və Zeynal Nağdəliyevdir (Prezident Administrasiyası regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri).
Göründüyü kimi YAP-ın V qurultayında bütün sabiqlər sıradan çıxarılıb və onların yerinə vəzifədə olan məmurlar təyin olunub.
Ramin DEKO