İŞİD geri çəkilir

Koalisiya qüvvəllərinin havadan müdaxiləsi təsir göstərməyə başlayıb

Suriyanın Türkiyə ilə sərhəddindəki Kobaniyə girən İŞİD geri çəkilməyə başlayıb. İŞID-a ABŞ-da daxil olmaqla koalisiya güclərinin havadan müdaxiləsi davam edir. 

Xarici işlər nazirinin köməkçisi İdris Nassan “Reuters”ə açıqlamasında İŞİD-ın şəhərin girişinə doğru çəkildiyini deyib. “Bombardıman təsiri oldu və İŞİD geri çəkildi. Bu, onların şəhərə girəndən sonra ən böyükmiqyaslı geriləməsidir. Bunu bölgədən tamamilə geri çəkilmənin başğlanğıcı olaraq da qəbul edə bilərik”.

Qeyd edək ki, İŞİD-ın Kobaniyə girməsindən sonra Türkiyədə də iğtişaşlar baş qaldırıb. Belə ki, son bir gündə baş verən toqquşmalarda 15 nəfər ölüb, yüzlərlə insan yaralanıb. (ans)