Öcalanın bacısı öldü

Türkiyədə İmralı həbsxanasında ağırlaşdırılmış şərtlər altında ömürlük həbs cəzası çəkən PKK lideri Abdulla Öcalanın bacısı vəfat edib. 75 yaşlı Havva Keser bir aya yaxın imiş ki, yüksək təzyiq, şəkər və beyində qanaxma diaqnozu ilə yaşadığı Adanada xəstəxanalardan birində yatırmış. Bu gün səhər saatlarında o, xəstəxanada dünyasını dəyişib.
Yaxınları Abdulla Öcalanın dəfn mərasiminə qatılmaq üçün müvəqqəti buraxılmasını gözləsələr də, bəlli olub ki, qanunun tələbləri buna imkan vermir.

azadliq.info