İraqın Müdafiə Nazirliyi Diyala və Kərkük şəhərlərində İŞİD-ə qarşı keçirilmiş hərbi əməliyyatlarda 59 terrorçunun öldürüldüyünü açıqlayıb.
Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hərbi əməliyyatlarda 15 terrorçu yaralanıb, Benat əl-Həsən və Şeyx Əmir vilayətləri, o cümlədən 30 kənd İŞİD işğalından azad olunub.


