
Oktyabrın 3-dən 4-nə keçən gecə, saat 2 radələrində Koroğlu metrosunun yaxınlığındakı körpüyə 1 saylı avtobusda işləyən sürücü çıxaraq intihara cəhd edib. Hadisə yerinə FHN işçiləri gəliblər. Onlar qoruyucu yastıq açıblar və intihar etmək istəyən gənci fikrindən daşındırmaq üçün dilə tutublar. Gənc təxminən 1 saatdan sonra xilas edilib.
İntihara cəhd edən şəxsin Bərdə rayon sakini, 1986-cı il təvəllüdlü Abbasov İlkin Yelmar oğlu olduğu, Bakıda marşrut avtobuslardan birində sürücü işlədiyi bəlli olub.
İ. Abbasov ifadəsi alınmaq üçün Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə aparılıb. O, bölməsdəki ifadəsində bildirib ki, işlədiyi marşrut xəttinin sahibi ilə aralarında problem var. Avtobus sürücüsü intihara da marşrut sahibinin əlindən cəhd etdiyini deyib.






