
Istanbulda açılan Beynəlxalq “Boatshow”da bu il satış rekordu qırılıb. Sərginin ilk 3 günündə qiymətləri 12 min türk lirəsi ilə 3 milyon avro arasında dəyişən 98 gəminin satıldığı bildirilir. Alıcılar arasında ən çox Türkiyə, Iran, Rusiya, Iordaniya və Azərbaycan vətəndaşları olub.
3 gəmi isə suriyalı işadamlarına satılıb.
Azərbaycan reallığında dəbdəbəli villalarda yaşamaq, bahalı maşınlar, yaxtalar almaq yalnız məmurlara xas olan cəhətdir. Azərbaycanda hətta şəxsi təyyarələri olan məmurlar da var. Ona görə də istisna deyil ki, Istanbulda satılan yaxtaların azərbaycanlı müştəriləri də məmurlar olub və güman ki, yaxtalar onların yaxınlarının adına qeydiyyata alınıb. Ki, məsələnin üstü açılmasın. Redaksiyamıza məsələ ilə bağlı daxil olan məlumatlar da belə deməyə əsas verir. Bəzi dəqiqləşdirmələr apardığımızdan əldə etdiyimiz məlumatları təqdim etmirik.
Lakin qeyd edək ki, ölkə başçısı Ilham Əliyev hər dəfə müşavirədə məmurlara barmaq silkələyir. Harınlıqdan, qudurğanlıqdan danışır. Lakin görünən odur ki, ya Ilham Əliyev bu xəbərdarlıqlarında səmimi deyil, ya da məmurlar ölkə başçısı ilə hesablaşmır.


