Polis serjantını yüksək gərginlikli elektrik enerjisi vurub
Bu gecə saatlarında Lənkəranda polis əməkdaşı faciəvi şəkildə ölüb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinn Lənkəran xətt polis şöbəsinin polis serjantı, rayonun Şirinsu kənd sakini, 1986-cı il təvəllüdlü Məlik Əlizamin oğlu Cahangirovu yüksək gərginlikli elektrik cərəyanı vurub. Polis hadisə yerində dünyasının dəyişib.
Hadisə keçirilən reyd zamanı baş verib. Belə ki, 5 nəfərdən ibarət reyd keçirən qrup qanunsuz balıq ovu ilə məşğul olan dəstəni yaxalamaq istəyib. Bu zaman Məlik Cahangirov ov ilə məşğul olanların suya buraxdıqları elektrik enerjisinin qurbanı olub.
Hadisə nəticəsində 2 nəfərin saxlanıldığı deyilir.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.


