Rusiyalı jurnalist Jirinovskinin Bakı səfərini pis hadisə adlandırdı

Rusiyalı şair və jurnalist Aleksandr Fomenkov öz facebook səhifəsində İlham Əliyevlə Jirinovskinin görüşünü şərh edib. “Jirinovskinin Bakıya səfərindən Azərbaycan siyasətinin nəyi qazandığını deyə bilmərəm. Amma Azərbaycan hakimiyyətinin mənəvi-əxlaqi baxımdan uduzduğu, artıq, görünür. Azərbaycan hakimiyyəti çox yaxında bunu dərk edəcək və öz xallarını əldən verməyə başlayacaq. Bunun heç bir yaxşı nəticəsi olmayacaq”, – deyə o yazıb.