ABŞ prezidenti Barak Obama bütün dünyanı Rusiyaya qarşı birləşməyə çağırıb. Bu haqda prezident xalqa müraciətində bildirib.
Obama növbəti dəfə Rusiyanın təcavüzü haqqında danışaraq bütün dünyanı ona qarşı birləşdirməyə hazırlaşdığını qeyd edib (ans press).
“Birləşmiş Ştatlar bundan sonra da ən əhəmiyyətli beynəlxalq problemlərin həllində aparıcı rol oynamaq niyyətindədir. Bura həmçinin Ukrayna böhranı da daxildir. ABŞ tarixin düzgün tərəfindədir. Deməli, bütün qalan ölkələr də həmin tərəfə keçməlidir”, – deyə Barak Obama bildirib.
ABŞ prezidenti Ukrayna xalqına dəstəyini bildirərək bunları söyləyib:
“ABŞ Ukraynada Rusiya təcavüzünə qarşı bütün dünyanın birləşməsinə başçılıq edir. Müttəfiqlərimizlə birlikdə Ukrayna xalqını demokratiya və iqtisadiyyatın inkişafında dəstəkləyəcəyik”.


