Müsavat Partiyasının başqanlıq seçkisi başa çatıb. 450 nəfər səsvermədə iştirak edib. Bülletenlərdən 2-si etibarsız sayılıb. Yerdə qalan 448 nəfərdən 228-i Arif Hacılıya səs verib. Beləliklə, Arif Haclı Müsavat Partiyasının yeni başqanı oldu.
***
Müsavat başqanı İsa Qəmbər qurultayda hesabat məruzəsi ilə çıxış edib.
Partiyanın Məclis sədri Arzu Səmədbəyli təklid edib ki, qurultay məruzə ilə bağlı qətnamə qəbul etsin. O, əvvəlcədən hazırlanan qətnaməni oxuyub. A.Səmədbəyli həmçinin, təklif edib ki, İ.Qəmbər 2018-ci il prezident seçkilərinə Müsavatın namizədi olsun. Təklif qəbul olunub.
***
Bu gün Müsavat Partiyasının 8-ci qurultayı keçirilir. Bu qurultayda yeni başqanın seçilməsi də nəzərdə tutulur.
Başqanlığa 4 namizəd var – Qubad İbadoğlu, Səxavət Əlisoy, Arif Hacılı və Tural Abbaslı. Başqan seçimləri üzrə səsvermə saat 3-dən 6-dək davam edəcək.



