İŞİD-ə qarşı mübarizə illərlə davam edə bilər

İslam Dövlətinə qarşı yeni hava hücumları Suriya və Türkiyə sərhədinin yaxınlığındakı cihadçıların mövqelərini hədəfə alıb.

Suriyalı fəallar Türkiyə ilə sərhəddə yerləşən Kobane şəhəri yaxınlığında yeni zərbələrin həyata keçirildiyini bildirib. Amma ABŞ və ya koalisiyanın digər partnyorları Kobane bombardmanı barədə məlumatı təsdiqləməyib.

Türk hərbi mənbələrinə əsasən nə Türkiyənin hərbi hava qüvvələri, nə də ki ABŞ-ın İncirlikdəki hava bazası istifadə olunub.

Kobane artıq bir neçə gündür ki, İD döyüşçülərinin nəzarəti altındadır. Burada yaşayan suriyalı kürdlər isə Türkiyəyə qaçmalı olub.

Bu arada Pentagon sözçüsü BBC-ə deyib ki, ABŞ-ın İD qruplaşmasına qarşı hava zərbələri cihadçı döyüşçüləri müvəqqəti dayandırsa da, onlara qarşı mübarizə bir neçə il davam edə bilər.

İD Suriya və İraqın böyük hissələrini zəbt edib. Avqust ayından bəri ABŞ İraqdakı hədəflərə 200-ə yaxın hava zərbəsi endirib.

Amma bazar ertəsi başlayan zərbələrə görə anti-İD kampaniyası ilk dəfədir ki, Suriyaya da keçib.

Suriyada İD-nin mövqelərinə zərbələr endirilməsi ərzində ABŞ hərbi təyyarə və Tomahawk raketlərini cəlb edib. 

Suriyada İD-nin mövqelərinə zərbələr endirilməsi ərzində ABŞ hərbi təyyarə və Tomahawk raketlərini cəlb edib

Bundan başqa Rusiya nümayəndə heyətindəki mənbə deyib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət Katibi John Kerry-nin görüşü çərşənbə günü, 24 sentyabrda Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının “sahəsində” baş tutacaq.

Amerika administrasiyasının məlumatına görə, söhbət mövzulardan biri ABŞ-ın Suriyada İslam Dövləti silahlılarının mövqelərinə zərbələri olacaq.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi ABŞ və onun müttəfiqlərinin İD silahlılarının mövqelərinə zərbələri Suriya hakimiyyəti ilə razılaşdırmalı olduğunu bəyan edib.

ABŞ və onun ərəb müttəfiqləri Suriyada islamçıların mövqelərinə zərbələr endirib. Pentaqonun mətbuat katibi kontr-admiral John Kirby deyib ki, bu işdə hərbi təyyarələr və Tomahawk raketlərindən istifadə olunub. (BBC azeri)