Türkiyə məktəblərində hicab qadağası ləğv edildi

Türkiyədə  uzun illər boyu mövcud olan orta məktəblərdə baş örtüsü qadağası AKP iqtidarı tərəfindən aradan qaldırıldı.

Avropa.info xəbər verir ki, bunu bu gün keçirilən  Nazirlər Şurasının toplantısından sonra, baş nazirin müavini Bülənt Arınc açıqlayıb.

“Təhsil  Nazirliyinə  bağlı məktəblərdə  şagirdlərin  geyimlərinə  dair qanunun 4-cü  maddəsinin birinci  hissəsinin E bəndində yer alan  “başı açıq”  sözü  və eyni bəndin  son cümləsi aradan qaldırıldı.

Sabah və sonrakı gün  bu haqda əlavə xəbərlər yayılacaq. Bunula da orta məktəblərdə  baş örtüsü qadağası aradan götürüldü. İnşallah  şagirdlərimiz üçün, xeyrli olmacaq”.

Qeyd edək ki, illər öncə, AKP hakimiyyəti bu təklifi versə də , müxalif partiyalar tərəfindən bu təklif böyük təpki ilə qarşılanmış və  “Atatürk ideyalarına” sayğısızlıq sayılmışdı. Hazırda güclü olan AKP iqtidarı heç bir maneə ilə qarşılaşmadan qanunu dəyişdirə bildi.