Bakıda 45 milyard dollarlıq layihənin təməli qoyuldu FOTO

Sentyabrın 20-də Bakıda, Səngəçal terminalında Cənub Qaz Dəhlizinin təməli atılıb. Təməlatma mərasimi Heydər Əliyev Mərkəzində böyük ekranda canlı yayımlanıb. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Bolqarıstan prezidenti Rosen Plevneliev, Yunanıstanın baş naziri Antonis Samaras, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Monteneqronun baş naziri Milo Cukanoviç, Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio Deviçenti, BP şirkətinin icraçı direktoru Robert Dadli və digər rəsmi şəxslər, şirkət nümayəndələri iştirak ediblər.

İlk borunun üzərində Cənub Qaz dəhlizinin keçəcəyi və layihəyə dəstək verən ölkələrin, eləcə də ARDNŞ və BP-nin bayraqlarının əksi olub. Kəmərin keçəcəyi ölkələrin dövlət və hökumət rəsmiləri, ARDRŞ və BP prezidentləri bayraq əkslərinin aşağısından imza atıblar. Borunun qarşısında xatirə şəkli çəkdirildikdən sonra ilk boru xəndəyə basdırılıb.

Cənub Qaz Dəhlizinin dəyəri 45 milyard dollardır. Bu dəhlizlə Şahdəniz2 layihəsi üzrə əldə olunacaq Azərbaycan qazı Trkiyə üzərindən Avropaya nəql olunacaq.

Təməli qoyulan boru kəməri Türkiyədə Trans-Anadolu Boru Xətti (TANAP) ilə birləşəcək. Təbii qaz Türkiyədən Avropaya Trans-Adriyatik Boru Xətti (TAP) ilə daşınacaq.