Amerikalı əsgər Şimali Koreyanın lideri ilə görüşmək istəyib…

Cənubi Koreyada xidmət edən amerikalı əsgərlərdən biri Şimali Koreyaya keçməyə cəhd edib. Onu iki düşmən ölkəni ayıran Han çayını üzüb keçmək istərkən Cənubi Koreya sərhədçiləri saxlayıblar. Bu haqda Cənubi Koreyanın müdafiə nazirliyinə istinadən “Guardian” xəbər verir.

 “Yonhap” İnformasiya Agentliyinə görə, saxlanılan Amerikalı əsgər istintaqda bildirib ki, o  Şimali  Koreya  lideri ilə görüşmək  istəyirmiş. 

Şimali və Cənubi Koreya arasında sərhəd zolağı hər 2 tərəfdən güclü mühafizə olunur. Buradakı texniki qurğular sərhədi keçməyi mümkünsüz edir. 

Bu üzdən sədlərin keçilməsi nadir hadisə sayılır. 

2013-cü ilin sentyabrında bir  Cənubi  Koreyalı  İmcin  çayından üzüb sərhədin o tayına  keçməyə  cəhd  edərkən  sərhəd  nişanı  yaxınlığında  dayanan  Şimali Koreya  hərbçiləri  tərəfindən atəşlə öldürülmüşdü. 

Bu  sonuncu hadisə eynən 1996  ildə  baş  verən  əhvalatı  xatırladır. 

O  vaxt başqa  bir Amerikalı Çindən  Yalu  çayı boyunca Şimali  Koreyaya  üzmüşdü. Çılpaq  və içkili  Hunziker, güman ki, özü kimi içkili dostu  ilə  bu  addımı atıbmış. 

Casusluqda  suçlanan Hunziker  şimalda  həbs  edilərək  üç ay saxlanıb  və  Nyu Meksiko konqresmeni  Bill  Riçardsonun  Pxenyana  səfəri  zamanı  azad edilmişdi.

Şimali  Koreyada  3 Amerika  vətəndaşı  saxlanılır: Kenesz Bae , Metyu  Miller və Cefri  Foul. 

Sentyabrın 14-də   Miller rejim  əleyhinə  “düşməncə” davranışlarına görə, ağır işlərdə çalışmaq cəzasına məhkum olunub.  O, 4 ay öncə  turist  vizasında  düzəliş ittihamı  ilə  həbs  edilmişdi. 

Rəsmi Pxenyan Amerikalı Bae-ni  zorakı  missioner  sayaraq  və  şimal  rejimini  devirməkdə suçlayaraq ona  15  il  ağır  əməklə  məşðul  olmaq  hökmü kəsildiyini bildirib. 

Bu  ilin aprelində  Şimali Koreyaya turist kimi gələn Foul, deyilənlərə  görə, İncili oteldə  qoyub  getdiyinə  görə  həbs  edilib. (azadliq.org)