ABŞ-ın Əfqanıstandakı səfirliyi yaxınlığında partlayış

Əfqanıstanda 4 NATO əsgəri həlak olub.

APA – nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, hərbçilər ABŞ-ın Kabildəki səfirliyindən 200 metr aralıda baş vermiş partlayış nəticəsində ölüblər.

Hadisə nəticəsində həmçinin 5 nəfər yaralanıb.

Terror aktının “Taliban” qruplaşması tərəfindən törədildiyi güman edilir.