Azərbaycanda zəncirvarı qəza: 4 nəfər öldü

BMW, “Mercedes” və “Daewoo” markalı minik avtomobilləri toqquşub 

Ağcabədidə baş vermiş ağır qəzada həlak olanların sayı 4-ə çatıb. Hadisə rayonun Qaravəlli kəndində qeydə alınıb. BMW, “Mercedes” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində BMW-nin sürücüsü, 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu hadisə yerində dünyasını dəyişib.

Şəxsiyyətləri məlum olmayan 3 nəfərin isə xəstəxanaya çatdırılarkən yolda və xəstəxanada öldüyü bildirilir. Dünyasını dəyişənlərdən birinin Sumqayıt, birinin Bərdə, ikisinin isə Ağcabədi rayon sakini olduğu açıqlanıb.

Xəstəxanaya aparılarkən ölənlərin şəxsiyəti müəyyənləşdirilir. (APA)