Azərbaycanın Xaçmaz rayonu ilə həmsərhəd olan Dağıstanın Məhərrəmkənd rayonunun Tahirkənd Qazmalar sərhəd-keçid məntəqəsi yanıb.
Məntəqədə bütün tezxniki avadanlığın yandığı bildirilir.
Rusiya FHN əməkdaşları hadisə yerinə cəlb olunub. Yanğın söndürülüb.
Həmin keçid məntəqəsinin yaxınlığında yerləşən Xaçmaz rayon Xanoba sərhəd-keçid məntəqəsinə heç bir ziyan dəyməyib. Buna baxmayaraq bizim yanğınsöndürənlər hər ehtimala qarşı həmin əraziyə cəlb olunub (ans press).
Rusiya-Azərbaycan sərhəd-keçid məntəqəsi yandı
•


