
Sentyabrın 13-ü səhər saatlarında Bakının Xətai rayonu ərazisindəki Amay Ticarət Mərkəzində güclü yanğın baş verib. Yanğın 3-cü mərtəbədə qeydə alınıb. Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub. Bir müddət sonra yanğın söndürülüb.
Binanın birinci mərtəbəsində ASAN Xidmət yerləşir. Yanğın ASAN Xidəmət-ə hər hansı zərər vurmayıb. Yanğın nəticəsində xəsarət alan da olmaylıb.
İlkin ehtimala görə, hadisənin baş verməsinə səbəb elektrik naqillərində qısa qapanma olub.








