
Ruslardan Azərbaycana qarşı növbəti təxribat
Son zamanlar “facebook”, “odnoklassniki”, “vkontakte” sosial şəbəkələrində Azərbaycan bayrağının təhrif olunmuş şəkilləri yayılır.
Avropa.info xəbər verir ki, Regional Sabitlik və Təhlükəsizlik mərkəzinin araşdırmasına görə, dünən “odnoklassniki” sosial şəbəkəsində Qax rayonun mərkəzində ucaldılmış Azərbaycan bayrağı Gürcüstan bayrağı ilə əvəzlənmış formada fotoşəkil paylaşaraq təxribat xarekterli yazışmalar gündəmə gəlib. Bu da öz növbəsində sosial şəbəkədən istifadə edən azərbaycanlıların narahatçılığına səbəb olub.
Bu paylaşımın Gürcüstan baş nazirinin Bakıya rəsmi səfəri zamanı baş verməsi isə məsələnin ciddiliyinə işarədir.
Ekspertlər hesab edirlər ki, bu cür təxribatlar Azərbaycan və Gürcüstan dövlətləri arasında olan dostluq, qonşuluq və strateji əməkdaşlığa qarşı yönəlib və ehtimal olunur ki, bunun arxasında erməni ekstremistləri dayanır.
Qeyd edək ki, bir müddət öncə də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Bakcell Arena” da Bakının “Neftçi” və Gürcüstanın “Çixura” futbol komandaları arasında keçirilən oyununda da gürcü azarkeşlər Azərbaycanın Bəlakan, Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi qeyd olunmuş xəritələrini nümaiş etdirmişdilər.


