Bakıda bazarda faciə: Ölən var

Hadisə Dərnəgüldə baş verib 

Bakıda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 11-də Nərimanov rayonu Z.Bünyadov prospektindəki taxta bazarında Füzuli rayon sakini Yaqub Məlikov özünə məxsus “KamAZ” markalı avtomobildən taxta bağlamalarını açarkən ehtiyatsızlıqdan üzərinə taxta düşüb. Hadisə nəticəsində Y.Məlikov yerində keçinib.

 Faktla bağlı araşdırma aparılır.