Murad Ədilov sabah yenidən məhkəmə önündə dayanacaq. Bu dəfəki proses Bakı Apelyasiya məhkəməsində keçiriləcək. Saat 16-da keçiriləcək proses müdafiə tərəfinin şikayəti əsasında təyin edilib. Murad Ədilovun vəkili Yalçın İmanov “Azadlıq” qəzetində deyib ki, apelyasiya şikayətləri Nərimanov məhkəməsinin onların qaldırdığı iddianı təmin etməməsinə görədir. Nərimanov məhkəməsində tələb edilmişdi ki, Murad Ədilovun saxlanılarkən pis rəftara, işgəncəyə məruz qalması barədə faktı tanınsın. Sentyarın 3-də keçirilən prosesdə isə yerli məhkəmə əsassız, qanunsuz olaraq iddianı rədd etmişdi.
Yada salaq ki, AXCP fəalı Murad Ədilov avqustun 11-də yaşadığı Sabirabad rayonun Xəlfəli kəndində saxlanılarkən və rayon polis idarəsində amansız işgəncələrə məruz qalıb. Bakıdan gələn əməliyyatçıların azı 5-i rayon polis rəisinin müavini Əlfağa Kazımovun və Cinayət Axtarış Şöbəsinin rəisi Vüsal Şəbəndiyevin iştirakı ilə Muradı bir saata yaxın döyərək ondan öz iradəsi əleyhinə ifadə almağa çalışıblar. Verilən işgəncələrin yeri uzun müddət Muradın bədənində izinis axlasa da Nərimanov məhkəməsi o izləri görmək istəməmişdi.
Murad Ədilova qarşı külli miqdarda narkotik maddə saxlama ittihamı irəli sürülüb. O və yaxınları, vəkillər ittihamı rədd edir və həbsini siyasi sirafişlə əlaqələndirirlər.
S. Novruz


