“Rusiya əsgərlərinin 70 faizini Ukraynadan geri çəkib”

 

Ukrayna prezidenti Petr Poroşenko sentyabrın 10-da deyib ki, son kəşfiyyat məlumatına görə, Rusiya Ukraynanın şərqindəki əsgərlərinin 70 faizini geri çəkib. Poroşenkonun fikrincə, bu, sülh perspektivinin yaxşı olacağına ümid verir. 

Ukrayna ordusu son gündə atəşkəsin 6 dəfə pozulduğunu, ancaq tələfat olmadığını bildirir.

Alımaniya kansleri Merkel isə Rusiyaya qarşı yeni sanskiyalara tərəfdar olduğunu bildirib. O izah edib ki,  bu sanskiyalarlı həmişə təxirə salmaq mümkündür.

Atəşkəs rejimini izləyən ATƏT isə bildirib ki, yeni sanskiyalardan əvvəl sülh prosesinin getməsinə imkan vermək daha məqsədəuyğun olardı. 

ATƏT sədri, İsveçrə prezidenti Burkhalter isə deyib ki. atəşkəs rejimini izləməyə bu yaxınlarda pilotsuz təyyarələr cəlb olunacaq.