Azərbaycan yığması AVRO-2016-nın seçmə mərhələsində çıxışına uğursuz start verdi. Azərbaycan millisi öz meydanda Bolqarıstan yığmasına 1:2 hesabı ilə məğlub olub.
“Bakcell Arena”da keçirilən qarşılaşmada hesabı 14-cü dəqiqədə qonaqlardan İlian Miçanski açıb. Millimiz Dmitri Nazarovun vurduğu qolla 54-cü dəqiqədə hesabı bərabərləşdirsə də bolqarlar 87-dəqiqədə qələbə qolunu vurub, Ventsislav Xristov fərqlənib.
Yığmamız növbəti oyunlarını oktyabrda keçirəcək. Ayın 10-da İtaliyanın qonağı olacaq komandamız 4 gün sonra səfərdə Xorvatiya ilə qarşılaşacaq.


