
Avropa Birliyi Rusiyaya qarşı növbəti sanksiyaların tətbiqini təxirə salmamağı qərara alıb. “censor.net” saytı xəbər yayıb ki, sentyabrın 8-də Rusiyaya qarşı yeni sanksiyaların təcili şəkildə tətbiq olunması barədə qərar qəbul edilib.
AB-nin saytında qurumun prezidenti Herman Van Rompey və Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun qərar barədə açıq məktubu dərc olunub. Məktubda qeyd olunur ki, Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər paketi sentyabrın 5-də COREPER (üzv ölkələrin Brüsseldəki səfirləri) səviyyəsində razılaşdırılıb. Xarici işlər nazirlərinin görüşünü gözləmədən həftənin birinci günü bu paket yazılı prosedurla rəsmən qəbul olunacaq. Sanksiyalar Rusiyanın Ukrayna ilə bağlı siyasətini dəyişdirməyə yönəlib.
***
Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların qəbulunu sentyabrın 8-nə qədər təxirə salıb. Amma bununla belə AB-da Rusiyaya qarşı qəbul olunacaq yeni sanksiyalarla bağlı razılığa gəlinib. İTAR-TASS-ın məlumatına görə, o cümlədən NATO da Uelsdə keçirilən sammitində Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair razılığa gəlib. Diplomatik mənbələrdən “Reuters”ə verilən məlumata görə, Kreml Uktaynanın şərqində atəşkəslə bağlı imzalanan sazişə əməl edərsə, AB ümumiyyətlə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtina edə bilər.
azadliq.info


