Ankara məhkəməsi paytaxt polisinin əməkdaşı Əhməd Şahbaı 2013-cü ilin iyun ayında nümayişçi Etem Sarısulüki öldürməkdə təqsirli bilib. Polis 7 il 9 ay həbs cəzasına məhkum edilib.
İttiham tərəfi plisin 26 ildən 33 ilə qədər həbs cəzasına məhkum edilməsini istəyib. Lakin məhkəmə hadisə baş verən vaxtı olan vəziyyəti nəzərə alıb və nisbətən az cəza verib.
Nümayişçi etem Sarısulük ötən ilin iyunun 1-də Ankaranın mərkəzində kütləvi etirazlar zamanı məhkum edilən polisin açdığı atəş nəticəsində ağır yaralanmışdı. Bunu hadisə yerind olan video yazılar da təsdiq edib. Bir neçə gün sonra isə o xəstəxanada dünyasını dəyişdi.
azadlıq.info


