Şəmkirdə dəhşətli qəza: 5 nəfər öldü

Bakı-Qazax yolunda üç avtomobilin dəhşətli qəza baş verib

Bakı-Qazax yolunda üç avtomobilin toqquşması ilə baş verən qəzada 5 nəfər ölüb, 10-dan çox adam yaralanıb. Hadisə Şəmkir rayon ərazisində qeydə alınıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. Hələlik ölən və yaralıların kimliyi məlum deyil.

Hadisə şahidləri deyir ki, yaralılar arasında jurnalistlər də olub.