Ərdoğanın vertolyotu qəzaya uğrayıb: 3 nəfər yaralanıb

Türkiyə baş naziri Rəcəb Taip Ərdoğanı Artvinə aparan “Oba” vertolyotu enərkən qəzaya uğrayıb. Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, qəza nəticəsində 3 nəfər, o cümlədən bir polis yaralanıb. Məlumata əsasən, qəza vertolyot yerli stadiona enərkən baş verib.

 Məsullar böyük bir təhlükədən qurtulduqlarını söyləyib.