Ukrayna rus qazından imtina etdi


 Ukraynanın Baş naziri Arseni Yatsenyuk müvafiq nazirliklərə, “Naftoqaz Ukrayna” rəhbərliyinə və dövlət vilayət administrasiyalarına enerji sahəsinin fəaliyyət planına keçilməsi barədə göstəriş verib. 

ANS PRESS-in məlumatına görə, fəaliyyət planı iyunun 16-dan Rusiyadan qaz tədarüklərinin dayandırılmasını nəzərdə tutur. 

Yatsenyuk, həmçinin “Naftoqaz Ukrayna” rəhbərliyinə və ədliyyə nazirinə Stokholm Arbitraj Məhkəməsində “Naftoqaz” və “Qazprom” arasında əlaqələri ölkənin maraqları çərçivəsində qorumaqla bağlı hazırlıq prosedurunu yekunlaşdırmağı tapşırıb.