ABŞ prezidenti Barak Obama İŞİD-in Mosulu ələ keçirməsi və 80 türkü girov götürməsindən sonra açıqlama verib. Obama İraqda yaşananlardan narahat olduğunu bildirərək, İraqa yardım etmək üçün bütün variantlardan istifadə edilə biləcəyini söyləyib.
Xatırladaq ki, ABŞ vitse-prezidenti Co Bayden İraq Baş naziri Nuru Əl Maliki ilə telefon danışığı aparıb.


