10 ildə yollara 20 milyard xərclənib

Azərbaycanın nəqliyyat infrastrukturuna son 10 ildə 20 milyard dollar investisiya yatırılıb. AzərTAc xəbər verir ki, bu barədə 13-cü Beynəlxalq nəqliyyat, tranzit və logistika, 4-cü Xəzər Beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat sərgilərinin açılışında nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

Nazir müavini qeyd edib ki, ötən 10 ildə respublikada 9 min kilometrdən artıq avtomobil yolu, 250 tunel, körpü və yol ötürücüsü tikilib və yaxud yenidən qurulub, 6 aeroport inşa olunub, digər işlər görülüb.