Bakı sakini dənizdə batdı

Şüvəlan qəsəbəsi ərazisində dənizdə 1 nəfər vətəndaş batıb

Bakıda dənizdə bir nəfər batıb. ANS PRESS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində dənizdə 1 nəfər vətəndaş batıb. Dərhal nazirliyin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar. Dənizdə batan şəxsin kimliyi hələ müəyyən edilməyib.