UEFA-dan Türkiyəyə növbəti zərbə

“Sivasspor” və “Eskişehirspor”a 1 il müddətində avrokuboklarda iştirak etmək yasaqlanıb

UEFA daha 2 Türkiyə klubunu avrokuboklardan uzaqlaşdırıb. “Sivasspor” və “Eskişehirspor”a 1 il müddətində avrokuboklarda iştirak etmək yasaqlanıb. UEFA-nın Nizam-İntizam Komitəsinin çıxardığı qərara görə, hər 2 klub qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edə bilər. 

Qeyd edək ki, “Eskişehirspor” və “Sivasspor”un bu il avrokuboklara yolu bağlandığı üçün Türkiyəni Avropa Liqasında “Karabükspor” ve “Bursaspor” təmsil edəcək. 

Türkiyə Super Liqasında mövsümü “Karabükspor” və “Bursaspor”dan daha yaxşı nəticələrlə başa vuran “Kasımpaşa” klubu lisenziya ala bilmədiyindən Avropaya yolu bağlanıb. (anspress.com)