Apellyasiya Məhkəməsi Mirqədirovun növbəti şikayətini də təmin etmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsi jurnalist Rauf Mirqədirovun doğmaları ilə görüş və telefon danışığı, habelə MTN istintaq təcridxanasında öz seçiminə görə mətbuata abunə yazılmaq hüquqlarının məhdudlaşdırılması ilə bağlı şikayətini təmin etməyib. Bu barədə Turan-a Mirqədirovun vəkili Elmar Süleymanov bildirib.

Onun sözlərinə görə, müdafiə tərəfi müstəntiqin qərarının saxta olduğunun etiraf ounması və müstəntiqin imzasının xətşünaslıq ekspertizasının keçirilməsi haqqında vəsatət qaldırıb. Süleymanov qeyd edib ki, müstəntiq İbrahim Ləmbəranskinin qərarında onun imzası yoxdur.

İşə Səbail məhkəməsində baxılarkən prokurorluğu başqa müstəntiq təmsil edirdi və o bildirib ki, cinayət işində bu qərarın altında Ləmbəranskinin imzası var. Ona bu sənədi göstərmək təklif olunduqda isə müstəntiq gedib və 15 dəqiqə sonra guya Ləmbəranskinin imzası olan qərarı təqdim edib.

“12-15 dəqiqədə Səbail rayon məhkəməsindən Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə getmək, imza almaq və geri qayıtmaq real deyil. Aydındır ki, müstəntiq Ləmbəranskinin imzasını saxtalaşdırıb. Özü də, o, Ləmbəranskinin başqa sənədlərin altındakı imzalarına bənzəmir”, deyə Süleymanov bildirib. Buna görə müdafiə tərəfi xətşünaslıq ekspertizasının keçirilməsində israr edirdi.

Saxtalaşdırılmış sənəd öz-özlüyündə Mirqədirovun hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz, vəkil belə hesab edir. Lakin məhkəmə müdafiə tərəfin vəsatətini təmin etməyib.

Cümə günü günün ikinci yarısında Nəsimi rayon məhkəməsində Mirqədirovun notariusun türk vəkillərinə etibarnamə vermək üçün onun yanına buraxılmaması haqqında daha bir şikayətə baxılacaq. Türk vəkillərinin cəlb edilməsi zərurəti Mirqədirovun Ankaradan deportasiyası zamanı hüquqlarının pozulması ilə əlaqədardır. Müdafiə tərəfi hesab edir ki, o, deportasiya olunmayıb, faktiki olaraq, deportasiya olunub.