Pərviz Həşimli Məhkəmə-Hüquq Şurasına şikayət edib

Vəkil Bəhruz Bayramov “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimli ilə görüşüb. Bu barədə açıqlama verən B. Bayramov bildirib ki, P. Həşimlinin saxlanma şəraitindən şikayəti yoxdur:

“Pərviz Həşimli Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovdan Məhkəmə-Hüquq Şurasına şikayət edib. Bildirib ki, məhkəmə onun barəsində ədalətsiz hökm çıxarıb. Hazırda apelyasiya məhkəməsinə hazırlaşır”. (APA)