Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Varşavada ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerri ilə görüşüb.
APA-nın məlumatına görə, bu barədə M.Saakaşvilinin “Facebook”dakı səhifəsində yerləşdirilən xəbərdə bildirilir.
Görüş Polşanın demokratikləşməsinin 25-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində baş tutub.
Gürcüstanın sabiq prezidentinin bağlı qapılar arxasında müxtəlif ölkələrin liderləri ilə görüşdüyü bildirilir.


