000000

Ramanıda etiraz aksiyası

Bu gün səhər saatlarında Sovxoz Ramanıda sakinlərin etiraz aksiyası baş verib. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, sakinlərin etirazına səbəb,  onlara paylanmalı olan torpaq sahələrinin bələdiyyə tərəfindən satışa çıxarılmasıdır.   Məlumat verən Ramanı sakini bildiririr ki, artıq bir neçə hektar torpaq sahəsi satılıb.  Məlumata görə həmin torpaq sahəsi kənd təsərrüfatı nazirliyinin tabeliyindədir və uzun illərdi ki, əhaliyə paylanması üçün qərar qəbul edilib.  Sakinlər deyir ki, aidiyyatı qurumlar  vəzifə səlahiyyətlərindən sui- istifadə edərək, külli miqdarda pul qazanırlar və illərlə növbəyə durub gözlədiyimiz torpağ əlimizdən alınır.
Son məlumata görə 100-lərlə ailə etiraza qoşulub və əraziyə polis dəstələri cəlb olunub.
Baş verənlər haqqında geniş məlumat verməyə çalışacağıq.