Birləşmiş Ştatlar Suriyadakı prezident seçkisini «biabırçılıq» adlandırıb. Dövlət Departamentinin sözçüsü Marie Harf Bəşər Әsəd rejimini «təmsil və müdafiə etmək istədiyi elektoratı» öldürməkdə ittiham edib.
Üç ildən bəri Suriyada gedən vətəndaş müharibəsində 16 mindən çox adam ölüb. Әsədə sadiq qüvvələrin nəzarətində olmayan ərazilərdə seçki keçirilməyib.
NATO-nun baş katibi Anders Foq Rasmussen seçkini «saxta» adlandırıb.
İyunun 3-də keçirilən prezident seçkisində Әsədin iki opponenti olub. Ancaq onun asanlıqla üçüncü dəfə – yeddi illiyə prezident olacağı gözlənilən idi.
Seçki komissiyası bildirib ki, seçici fəallığı yüksək olduğundan səsvermə bir neçə saat uzadılıb.


