.jpg)
ABŞ prezidenti Barak Obama və Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko iyunun 4-də Polşanın paytaxtı Varşavada görüşüblər.
Görüşdə Ukraynadakı vəziyyətin tənzimlənməsi planı və Kiyevin Rusiyadan enerji asılılığının azalması məsələsi müzakirə olunub. Obama və Poroşenko ABŞ-ın Ukrayna Silahlı Qüvvələri və hərbçilərinin hazırlığında mümkün iştirakına da toxunublar.
Görüşdən sonra Ukraynadakı 25 may seçkisi ilə bağlı açıqlama verən Obama bildirib ki, Poroşenko ölkə üçün müdrik seçimdir.
ABŞ prezidentinin sözlərinə görə, böyük yeddiliyin Brüsseldə görüşü beynəlxalq ictimaiyyətin Poroşenkonu dəstəklədiyini nümayiş etdirəcək (“Media forum”).

.jpg)




