Arif Yunus həkimin iştirakı ilə ifadə verməyə hazırdır

Leyla Yunus: «Azərbaycan hakimiyyəti «xalq diplomatiyası»na son qoymaq niyyətində deyil, sadəcə, digər sahələr kimi onu da nəzarətdə saxlamaq istəyir»

Sülh və Demokratiya Institutunun (SDI) direktoru Leyla Yunus on-line mətbuat konfransı keçirərək, jurnalist Rauf Mirqədirova qarşı cinayət işi, Cənubi Qafqazda “xalq diplomatiyası” problemilə bağlı sualları cavablandırıb.

“Turan”ın məlumatına görə, Leyla Yunus jurnalist Rauf Mirqədirova qarşı cinayət işinin uydurma olduğunu vurğulayaraq bildirib ki, o, həbs olunduğu vaxtdan bir aydan çoxÿ vaxt keçsə də, heç bir istintaq hərəkəti aparılmayıb. Leyla Yunusun fikrincə, bu cinayət işi “müstəqil xalq diplomatiyası”na və tənqidi səslərin susdurulmasına yönəlib.

O qeyd edib ki, rəhbərlik etdiyi Sülh və Demokratiya Institutuna qarşı təzyiqlər həm “müstəqil xalq diplomatiyası”, həm də hüquq-müdafiə sahəsindəki fəaliyyətilə əlaqədar baş verir. Hüquq müdafiəçisi xatırladıb ki, özü və rəhbərlik etdiyi təşkilat birinci dəfə deyil hakimiyyətin təzyiqlərinə məruz qalır.

2009-cu ildə Sülh və Demokratiya Institutu insan alveri mövzusunda araşdırma apardıqdan və polis zabitlərinin bu cinayətlərdə əli olduğunu bəyan etdikdən sonra daxili işlər naziri Ramil Usubov ona qarşı xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldıraraq, onun həbsini tələb edirdi.

2011-ci ildə Sülh və Demokratiya Institutu Azərbaycanda vətəndaşların mülkiyyət hüquqlarının pozulması haqda hesabat hazırladıqdan sonra Leyla Yunusun şəxsi mülkiyyəti olan ofisi sökülüb və buna görə ona kompensasiya ödənilməyib.

Həyat yoldaşı Arif Yunusun səhhəti haqda sualın cavabında Leyla Yunus deyib ki, aprelin 29-na keçən gecə Bakı hava limanında onları əsassız olaraq saxlayan zaman həyat yoldaşı hipertonik kriz keçirib, hələ də səhhəti tam bərpa olunmayıb. O, müalicəsini davam etdirə bilmir, çünki “Unibank”dakı hesabına əsassız olaraq həbs qoyulub və oradan pul çıxara bilmirlər.

Arif Yunusun səhhətinin və istintaqa ifadə verməkÿ qabiliyyətinin qiymətləndirilməsi üçün məhkəmə-tibbi ekspertizanın təyinÿolunmasına gəlincə, Leyla Yunus bildirib ki, prokurorluğun nəzarətində ÿolan ekspertizaya inanmır, çünki bu qurum açıq-aşkar işgəncə faktlarını inkar edir.

Leyla Yunus onu da qeyd edib ki, həyat yoldaşı həkiminÿ iştirakı ilə ifadə verməyə hazırdır.

Hüquq müdafiəçisi deyir ki, vətəndaş cəmiyyətindəki Qərbyönlü fəallara təzyiqlər, onun özünün həbsində məqsəd hakimiyyətdəki güclü Rusiyapərəst qrupun olmasından irəli gəlir. ABŞ və Avropa Ittifaqı bu təhlükəni sonadək qiymətləndirmir və Azərbaycandakı avtoritar rejimə göz yumur.

“Xalq diplomatiyası”nın əhəmiyyətindən və faydasından danışan L.Yunus deyib ki, münaqişələrin nizamlanması üzrə qərarların qəbulu hakimiyyətinÿ preroqativi olsa da, “xalq diplomatiyası” cəmiyyətlərin hökumətlər tərəfindən zombiləşdirildiyi şəraitdə digər ölkələrdə baş verən hadisə və proseslər barədə cəmiyyətin obyektiv məlumatlandırılmasına imkan yaradır. Bu məqsədlə “Ictimai dialoqlar” (www.publicdialogues.info) birgə layihəsi həyata keçirilib.

L.Yunusun fikrincə, Azərbaycan hakimiyyəti “xalq diplomatiyası”na son qoymaq niyyətində deyil, lakin digər sahələr kimi onu da nəzarətdə saxlamaq istəyir. Bu səbəbdən də vətəndaş cəmiyyətinin fəalları istintaqa çağırılır, təqiblərə məruz qalır.

“Xalq diplomatiyası” çərçivəsində layihələri dəstəkləyən donor təşkilatların Rauf Mirqədirovun həbsinə reaksiyası və onların bu istiqamətdə işi davam etdirib-etdirməyəcəkləri barədə “Turan”ın müxbirinin ÿsualına cavabında Leyla Yunus təəssüflə deyib ki, bir çox beynəlxalq təşkilatlar fəalların və jurnalistlərin barəsində hökm çıxarıldıqdan sonra onların təqib olunmasıyla bağlı narahatlıqlarını bildirməklə kifayətlənirlər.

“Xalq diplomatiyası” layihələrinin gələcəkdə maliyyələşdirilməsinə gəlincə, hüquq müdafiəçisinin sözlərinə görə, ona məlumdurÿki, Avropa Ittifaqı vəsait ayırıb, lakin bu vəsaitin konkret hansı qurumlara veriləcəyini bilmir.

ATƏT-in Minsk Qrupunun demək olar ki, bütün bəyanatlarında həmsədrlər qarşılıqlı etimad tədbirlərinə çağırışlar edirlər, bəs vətəndaş cəmiyyəti fəallarına hər hansı konkret dəstək göstərirlərmi? “Turan”ın bu sualının cavabında L.Yunus deyib ki, dəqiq, düzgün bəyanatlar verilir, lakin bu iqstiqamətdə vətəndaş cəmiyyətinə dəstək yoxdur.

Azərbaycanda milli azlıqların sıxışdırılması haqda erməni jurnalistin sualının cavabında isə Leyla Yunus deyib ki, Azərbaycanda milli mənsubiyyətinə görə heç kim təqib olunmur. Vətəndaşlar yalnız siyasi baxışlarına görə təqib edilir. O, qeyd edib ki, Sülh və Demokratiya Institutunun siyahısında olan 130 siyasi məhbusun 99 faizi azərbaycanlılardır.