Mayın 31-də, yerli vaxtla 09:00 radələrində 60 yaşlı “qanuni oğru” Aleksandır Timoşenko güllələnib. AzNews.az xarici mediaya istinadən xəbər verir ki, o, kriminal aləmdə “Timoxa Qomelskiy” ləqəbi ilə tanınır.
Xatırladaq ki, oğru klanları arasında gedən müharibədə Timaxo gürcüstanlı oğrular – Meraba Canqbeladze və Tariel Oniani tərəfində dayanıb. Timaxo bu alyansın slavyan qanadını faktiki olaraq idarə edib.
Bu zəmində Timaxo hətta öz “xaç ataları” – Yaponçik və Ded Xasanla mehriban münasibətini kəsib. Bu ilin yanvar ayında isə o özünün ən bağışlanmaz səhvini edib. Belə ki, Rusiya DİN Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra o, “bir də heç vaxt narahat edilməmək” vədi əvəzində “oğru” titulundan imtina edib. Bu zaman o, kameraya bildirib ki, oğru deyil və heç vaxt da olmayıb.
Timoxanın demarşı hətta onun tərəfdarları tərəfindən böyük narazılıqla qarşılanıb.
Çox güman ki, onun güllələnməsi də bu narazılıqlarla bağlı olub.



