Bu gün saat 10.00-da Bakıdan Yekaterinburqa uçmalı olan təyyarə hələ də Heydər Əliyev Beynəlxalq Hava Limanındadı.
Sərnişinlərin “AzerFax”a verdiyi məlumata görə, saat 11.10-da AntalyaYA uçmalı olan təyyarənin də uçuş vaxtından xeyli keçməsinə baxmayaraq, sərnişinlər hələ də gözləmə salonunda qalıb.
Bakıdan Yekaterinburqa uçan təyyarənin sərnişinlərindən olan 50-55 yaşlarında kişinin vəziyyəti pisləşib. O, əsəbləşdiyi üçün ürəktutma keçirib.
Yaşanan gərginliyə baxmayaraq, hava limanının məsul şəxslərindən heç kim vəziyyətə hələlik aydınlıq gətirməyib.


