Rusiya prezidenti Vladimir Putin Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroşenkonun inaqurasiya mərasiminə qatılmayacaq.
Putin Poroşenkonun iyunun 7-nə təyin edilən and içmə mərasiminə dəvət edilməyib.
“Mən bildiyim qədər, prezident inaqurasiyaya dəvət almayıb”, – deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov əlavə edib ki, Vladimir Putinin iş qrafikində Ukraynaya səfər nəzərdə tutulmayıb. (anspress.com)


