Poroşenko ABŞ-dan hərbi yardım istədi

“Ukraynanın ABŞ-dan birbaşa hərbi yardım göstərilməsinə ehtiyacı var”. Bunu Ukrayna prezidenti Petr Poroşenko “The Washington Post”a müsahibəsində deyib: “Biz hərbi-texniki və konsultasiya sahələrindəki əməkdaşlığımızı dərinləşdirməli və səylərimizi birləşdirməliyik. Biz müstəqiliyimiz uğrunda döyüşməyə və Ukrayna silahlı qüvvələrini daha da gücləndirməyə hazırıq”.

Poroşenko onu da qeyd edib ki, Kremlin atdığı addımlara cavab olaraq tətbiq olunan sanksiyalar kifayət qədər effektli deyil. Poroşenko eyni zamanda ABŞ-ın 2-ci Dünya Müharibəsində tətbiq etdiyi “lend-liz” proqramını xatırladıb. Qeyd edək ki, həmin proqram çərçivəsində ABŞ müttəfiqlərini silah-sursat, texnika, strateji xammal ilə təchiz edirdi.  

Amma bununla belə Ukrayna prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu da bəyan edib. Poroşenko Rusiya prezidenti Putini “çox gözəl tanıdığını” vurğulayıb.

Xəyal