Bu gün bir qrup şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvləri Milli Məclisin qarşısında etiraz aksiyası keçirdilər. Aksiyaçılar tələb edirdilər ki,“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanununa uyğun olaraq şəhid ailələrinə 11 min manat olan dövlət icbari sığorta pulu ödənilsin.
Şikayətçilərin sözlərinə görə, 2010-cu ildən bu günə kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin varisləri və aldıqları xəsarətlərdən əlil olmuş şəxslərə ödənilməli olan dövlət icbari sığorta ödənişləri verilmir.
bizimyol.info


