Poroşenko Yanukoviçi məhkəmə qarşısına çıxmağa dəvət etdi

Ukraynada keçirilən prezident seçkilərinin faktiki qalibi Pyotr Poroşenko keçmiş prezident Viktor Yanukoviçi Ukrayna məhkəməsi qarşısına çıxmağa dəvət edib. Avropa.info xəbər verir ki, o, Yanukoviçin Ukrayna prezident seçkilərinə münasibət bildirmək əvəzinə, Ukraynaya dönüş tarixi barədə danışmağı və Ukrayna məhkəməsi qarşısına çıxmağı məsləhət bilib. Qeyd edək ki, Poroşenko bir müddət öncə Yanukoviçə Kiyevin mərkəzi olimpiya stadionunda məhkəmə qurulmasını və on minlərlə isnanın qarşısında ona ədalətli hökm oxunmasını istəmişdi.