ARDNŞ Rosneft-lə saziş imzaladı

“Rosneft” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Azərbaycanda, Rusiyada və üçüncü ölkələrdə neft və qazın kəşfiyyatı və hasilatı üzrə birgə müəssisənin yaradılması haqqında saziş imzalayıblar. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər yayıb.
Sənədi Beynəlxalq Peterburq İqtisadi Forumu çərçivəsində “Rosneft” rəhbəri İqor Seçin və ARDNŞ prezidenti Rövnəq Abdullayev imzalayıblar.