
Sabirabad Perinatal Mərkəzinin rüşvət alan direktoru Vüsal Məmmədov vəzifəsindən azad edilib. Bu barədə ANS PRESS-ə Vüsal Məmmədovun özü məlumat verib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi bununla bağlı qərar qəbul edib. Vüsal Məmmədov barəsində cinayət işinin açılıb-açılmayacağına gəlincə, o, bildirib ki, buna Səhiyyə Nazirliyi tərəfindən yaradılan komissiyanın araşdırmasından sonra aydınlıq gələcək.
Xatırladaq ki, ötən gün sosial-şəbəkələrdə Sabirabad Rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmədovun xəstənin yaxınlarından rüşvət alması ilə bağlı video yayılmışdı.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirmişdi ki, Sabirabad Rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmdovun xəstə yaxınlarından rüşvət alması faktı ilə bağlı xüsusi komissiya yaradılıb.


