“Belə bir siyahı var, o adamların azad olunmasını tələb edirik”
Mayın 23-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası keçirilib. Bu iclasda iştirak üçün bakıya gələn AŞPA prezidenti Anne Brasseur mətbuat konfransı keçirib. Onun konfransda söylədikləri əsas fikirlrədən qeydlər:
– Avropa İnsan Haqları Məhkəməsi dünən İlqar Məmmədovla bağlı vacib qərar qəbul edib. Onun məhkəmə işi Konvensiyanın pozuntusuna səbəb olub. Sadəcə ümid edə bilərəm ki, İlqar Məmmədov sərbəst buraxılacaq.
– Bir necə həftə əvvəl müraciət etmişdim ki, həbsdə olan məhbuslar, eləcə də İlqar Məmmədovla görüşüm. Amma bu görüş alınmadı. Gələn dəfə Azərbaycana səfər etdikdə onlar yenə həbsdə olsalar mən yenə də onlarla görüşməyə çalışacam.
– İkitərəfli görüşlərimdə də qeyd etdim ki, bizim Assambleyanın üzvü Rene Rukenin vizasının ləğv edilməsi bizim üçün qəbuledilməz haldır. Bu Paris protokolunun pozulması deməkdir.
– Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı müzakirələr keçirilib. Monitorinq Komitəsinin Azərbaycanla bağl hesabatında siyasi məhbuslar məsələsinə toxunulub. Dünən qeyri-hökumət təşkilatları nümayəndələri ilə görüşdə bizə siyahı verildi. Mən həmin siyahının nüsxələrini prezident İlham Əliyevə və spiker Oqtay Əsədova vermişəm. Belə bir siyahı var, o adamların azad olunmasını tələb edirik (azadliq.org).


